Lunyov dünya kubokunda 13-cü oldu

İdman

03.04.2025 19:01

2330

Argentinada güllə atıcılığı üzrə dünya kuboku keçirilir.   

TodayPress xəbər verir ki, Buenos-Ayres turnirində 10 m məsafədən atəş açan 46 kişi snayperin mübarizəsində təsnifat mərhələsi baş tutub. 

Yarışda Azərbaycanı təmsil edən Ruslan Lunyov hədəf önünə keçib.

578 xal toplayaraq 13-cü olan snayperimiz final mərhələsinə yüksələn 8-likdən kənarda qalıb.   

Namiq HUN

tag: Ruslan Lunyov,Atıcılıq,Dünya Kuboku,Yarış,Todaypress.az,