Luninə ərəblərdən cazibədar təklif var
Ukrayna millisinin qapıçısı Andrey Lunin “Real Madrid” klubunu tərk edə bilər.
TodayPress İspaniya mətbuatına istinadən xəbər verir ki, ukraynalı futbolçu oyun praktikasının olmaması səbəbindən bu addımı atacaq.
Lunin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Yayda “Real”a şirnikləndirici təklif etməyə hazır olan bir neçə Səudiyyə Ərəbistanı klubundan ona maraq var.
Qeyd edək ki, cari mövsüm Andrey Lunin “Real”ın heyətində səkkiz oyuna çıxıb. O, bu görüşlərdə 11 qol buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.
Namiq HUN
tag: Lunin,Ukrayna millisi,Real Madrid,Andrey Lunin,Todaypress.az,