Lukman “Atalanta”dan ayrılacaq

İdman

23.11.2024 14:08

“Atalanta” klubunun nigeriyalı vingeri Avropa nəhənglərinin maraq dairəsindədir. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Ademola Lukman komandanı tərk etməyə hazırlaşır. 

27 yaşlı futbolçunu həm “Mançester Yunayted”, həm də “Real Madrid” heyətinə qatmaq istəyir.

Hər iki klub Lukman üçün Berqamo təmsilçisinə rəsmi təklif göndərib.

O, cari mövsüm “Atalanta”nın heyətində 14 matçda 8 qol vurub və 5 asist edib.

Namiq HUN

tag: Lukman,Mançester Yunayted, Real Madrid, Berqamo, todaypress.az,