Lukman Afrikanın ən yaxşı futbolçusu seçildi
İdman
17.12.2024 09:41
Afrikada ilin ən yaxşı futbolçusunun adı məlum olub.
TodayPress xəbər verir ki, Nigeriya yığmasının hücumçusu Ademola Lukman baş mükafata layiq görülüb.
“Atalanta”da çıxış edən futbolçu səsvermədə Simon Adinqra (“Brayton”), Seru Girassi (“Borussiya Dortmund”), Əşrəf Hakimi (PSJ) və Ronven Uilyamsı (“Mamelido Sandauns”) arxada qoyub.
Lukman 2024-cü ildə Berqamo təmsilçisinin heyətində UEFA Avropa Liqasının qalibi olub. O, “Bayer 04”lə (3:0) final matçında het-trik edərək, komandasının tarixi uğur qazanmasında əsas rol oynayıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə Lukman meydana çıxdığı 45 oyunda 17 qol vurub və 9 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: UEFA, Afrika, Ən yaxşı, Futbolçu ,todaypress.az,