Lukman A Seriyasından gedir?
“Atalanta”dan ayrılmaq istəyən Ademola Lukman qərar verib.
TodayPress xəbər verir ki, hücumçu bir neçə Avropa nəhənginin maraq dairəsindədir.
Nigeriyalı forvard karyerasını “Barselona”da davam etdirmək istəyir.
Berqamo təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq futbolçunun sərbəstqalma məbləği 30 milyon avrodur.
Qeyd edək ki, Ademola Lukman cari mövsüm “Atalanta”nın heyətində meydana çıxdığı 32 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Atalanta,Ademola Lukman,Avropa ,Barselona,todaypress.az,