Lukaku Belçika millisində oynamaq istəmir?

İdman

05.10.2024 09:19

"Napoli" futbol klubunun hücumçusu Romelu Lukaku milli komandanın düşərgəsinə yollanmaqdan imtina edib.

TodayPress xəbər verir ki, forvard bu barədə Belçika Futbol Federasiyasını məlumatlandırıb.

Lukaku 2025-ci ilin əvvəlinə kimi millidə oynamaq istəmir. 

Romelu "Napoli"də möhkəmlənmək üçün bu addımı atdığını bildirib. 

Qeyd edək ki, 31 yaşlı futbolçu cari mövsüm “Napoli” klubunda meydana çıxdığı 7 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Napoli ,Romelu Lukaku ,Belçika ,Rusiya, todaypress.az,