Luis-Skelli adından söz etdirdi
İngiltərə millisinin futbolçusu Maylz Luis-Skelli tarixə düşüb.
TodayPress xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində Albaniya ilə oyunda (2:0) fərqlənən müdafiəçi (18 yaş 176 gün) yığmanın heyətində debüt oyununda qol vuran ən gənc futbolçu adına sahib çıxıb.
O, 18 yaş 209 günündə İngiltərə millisində ilk matçda Avstraliya komandasının torunu silkələyən Markus Reşfordu üstələyib.
Namiq HUN
tag: todaypress.az,İngiltərə,Maylz Luis-Skelli ,Markus Reşfordu,çempionat,