Luis Enrike onlarla əməkdaşlıqda maraqlı deyil

İdman

17.12.2024 13:57

PSJ 2 futbolçu ilə vidalaşmağı planlaşdırır. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Randal Kolo-Muani və müdafiəçi Milan Skrinyar qış transfer pəncərəsində PSJ-ni tərk edə bilər.

Baş məşqçi Luis Enrike bu futbolçularla gələcək əməkdaşlıqda maraqlı deyil. 

Skrinyar Liqa 1-in cari mövsümündə 5 oyun keçirib. 

10 matçda meydana çıxan Kolo-Muani isə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Luis Enrike, Paris, Əməkdaşlıq, Maraqlı, todsaypress.az,