Luis Enrike “İnter”də oynaya bilər
Milan "İnter"i Fransanın "Marsel" klubunun hücumçusu Luis Enrikeni transfer etmək üçün danışıqlar aparır.
TodayPress xarici KİV-ə istinadla bildirir ki, insayder Fabrisio Romanonu xəbərinə görə, klub 2025-ci il Klublararası Dünya Kuboku üçün braziliyalı ilə müqavilə imzalamağa çalışır.
Komandalar artıq müzakirələrin irəliləyiş mərhələsindədir. Bununla belə, “Marsel”in maliyyə tələbləri sövdələşməyə maneə ola bilər. Fransız klubu Luis Enrikeni 30-35 milyon avro dəyərində dəyərləndirir, "İnter" isə təxminən 10 milyon az təklif edir.
Luis Enrike bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər Braziliyada, doğma şəhərinin "Botafoqo" klubunda çıxış edib.
tag: Milan, İnter, Fransa, Marsel, todaypress.az,