LUİ VAN QAL: "Mən təəccübləndim"

İdman

09.06.2024 14:40

Lui van Qal Kompaninin "Bayern"ə təyinatı haqda danışıb.

TodayPress xəbər verir ki, əvvəllər Münhen klubuna rəhbərlik edən niderlandlı mütəxəssis Lui van Qal Vinsent Kompaninin baş məşqçi təyin olunmasına münasibət bildirib .

“Mən həqiqətən təəccübləndim, çünki mediada çoxlu etimad doğuran adlar çəkilirdi. Kompani çox təcrübəsi olmayan gənc məşqçidir. Lakin onlar bir çox məşqçidən kluba rəhbərlik etməyi xahiş etdilər. Lakin gələn olmadı. Düşünürəm ki, bu, “Bayern” üçün o qədər də xoş deyil” Lui van Qal deyib. 

Qeyd edək ki, daha əvvəl Ralf Ranqnik, Xabi Alonso, Unay Emeri kimi mütəxəssislərin "Bayern"ə rəhbərlik etməkdən imtina etdiyi barədə məlumat yayılıb.

Lui van Qal 2009-2011-ci illərdə Münhen klubunun baş məşqçisi vəzifəsində çalışıb.


Namiq HUN

tag: Lui van Qal Kompani, Bayern,Futbol, İdman, todaypress.az,