“Ludoqorets” titulunu qorudu

İdman

28.04.2025 12:00

6

Bolqarıstanın “Ludoqorets” futbol klubu ardıcıl 14-cü dəfə ölkə çempionatının qalibi olub.   

TodayPress xəbər verir ki, Parva Liqada “Çerno More”yə (2:0) qalib gələn Razqrad təmsilçisi finişə beş tur qalmış rəqibləri üçün əlçatmaz olub. 

“Ludoqorets”in Bolqarıstan çempionluğu yolundakı uğurlu seriyası 2011/12 mövsümündən başlayıb. 

Xatırladaq ki, “Qarabağ” mövsümün əvvəlində, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəlib. 

Namiq HUN

tag: Ludoqorets,Bolqarıstan,Qələbə,Çempion,Todaypress.az,