“Ludoqorets” "Qarabağ"a rəqib oldu
İdman
01.08.2024 09:21
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
TodayPress xəbər verir ki, cavab görüşləri çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Ağdam təmsilçisi Bolqarıstanın "Ludoqorets" klubu ilə qarşılaşacaq.
Razqrad təmsilçisi 2 oyunun nəticəsinə görə Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. Evdə 2:0 hesabı ilə qalib gələn "Ludoqorets", səfərdə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qarabağ"la “Ludoqorets” arasında ilk oyun avqustun 6-da Bakıda keçiriləcək.
Namiq HUN
tag: Qarabağ, Dinamo, Bolqarıstan,Ludoqorets, Razqrad, todaypress.az,