“Los Qalaktikos” qruplaşmasının lideri yaxalandı
Peru Futbol Federasiyasının prezidenti cinayətkar dəstə təşkil etdiyinə görə həbs edilib.
TodayPress "Infobae" qəzetinə istinadən xəbər verir ki, Aqustin Losano cinayətkar qruplaşmanın təşkilində və korrupsiyada günahlandırılır.
O, Peru klubları və liqalarına olan borclarını bağışlayan, müxtəlif qurumlara kreditlər verən “Los Qalaktikos” qruplaşmasının lideri olub.
Losanonu 20 ilə qədər həbs gözləyir.
Namiq HUN
tag: Peru, Futbol, Cinayətkar, Los Qalaktikos, Qruplaşma, todaypress.az,