“Los Blancos” mundialla bağlı qərar verdi
İdman
10.06.2024 21:45
“Real Madrid” futbol klubu 2025-ci ildə keçiriləcək Klublararası Dünya çempionatında iştirakını təsdiqləyib.
TodayPress xəbər verir ki, "Los Blancos" gələn il yayda keçiriləcək yeni turnirdə iştirakla bağlı açıqlama yayıb.
“Real Madrid”in 2024/2025-ci illər mövsümündə FİFA tərəfindən təşkil olunacaq turnirdə iştirakı heç vaxt şübhə doğurmayıb. Klubumuz planlaşdırıldığı kimi, dünya üzrə milyonlarla azarkeşimizi bir daha yeni titul arzusuna qovuşdurmaq üçün qürurla bu rəsmi yarışda iştirak edəcək” deyə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti komandasının turnirdə iştirakdan imtina edəcəyini bildirmişdi.
Yenilənmiş formatda keçiriləcək Klublararası Dünya çempionatında 7 klub əvəzinə 32 komanda iştirak edəcək. Turnir Amerika Birləşmiş Ştatlarında keçiriləcək. İyunun 15-də start götürəcək yarış iyulun 13-dək davam edəcək.
Namiq HUN
tag: "Real Madrid", FİFA, Klublararası Dünya çümpionatı, Karlo Ançelotti, todaypress.az,