“Los-Anceles Qelaksi” tarix yazdı
İdman
25.08.2024 13:12
ABŞ-nin “Los-Anceles Qelaksi” futbol klubu rekorda imza atıb.
TodayPress xəbər verir ki, ölkə çempionatında “Atlanta Yunayted” klubunu 2:0 hesabı ilə məğlub edən “Los-Anceles Qelaksi” tarixində 400-cü qələbəsini qazanıb.
Kaliforniya təmsilçisi MLS tarixində 400 qələbə həddinə çatan ilk klubdur. “Los-Anceles Qelaksi” həm də bir mövsüm ərzində oyunlarına 10 milyon tamaşaçı qatılan ilk MLS komandası kimi də tarixə düşüb.
Namiq HUN
tag: Los-Anceles Qelaksi,Atlanta Yunayted,Kaliforniya ,futbol,ABŞ,todaypress.az,