“Los-Anceles Leykers” Donçiçi təqdim etdi

İdman

05.02.2025 09:40

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) son illərdəki ən səs-küylü dəyişiklik reallaşıb. 

TodayPress xəbər verir ki, “Los-Anceles Leykers” klubu sloveniyalı basketbolçu Luka Donçiçi ictimaiyyətə təqdim edib. 

“Dallas Maveriks”də çıxış edən Luka Donçiç "Los-Anceles"ə, Entoni Devis isə əks tərəfə yollanıb.  Luka Donçiç yeni komandasında da 77 nömrəli formada çıxış edəcək. 

 Qeyd edək ki, 25 yaşlı basketbolçu 2018-ci ildən “Dallas”da çıxış edirdi.   

Namiq HUN

tag: Donçiç,NBA,ABŞ,Basketbol,Todaypress.az,