Los-Anceles klubları xeyriyyə kampaniyasına qoşuldular

İdman

14.01.2025 11:26

Kaliforniya ştatının idman klubları regionda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına maliyyə yardımı ayıracaq.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles şəhərini təmsil edən klublar yardımda iştirak edən xidmətlərə və xeyriyyə təşkilatlarına 8 milyon dollar məbləğində vəsait köçürəcək.

Xeyriyyə kampaniyasında futbol, basketbol və beysbol idman növlərindən olan komandalar iştirak edəcək.

Qeyd edək ki, Cənubi Kaliforniyada 8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır. 

Namiq HUN

tag: Koliforniya ,Yanğın ,Los-Anceles, Xeyriyyə ,Klub ,todaypress.az,