Lopes multiidman oyunlarında tarix yazdı

İdman

07.08.2024 08:49

Paris olimpiadası daha bir ilklə yadda qalacaq. 

TodayPress xəbər verir ki, güləşdə 5 qat Olimpiya çempionunun adına aydınlıq gəlib. Kubalı yunan-Roma güləşçisi Mixain Lopes multiidman oyunlarının qalibi olmaqla bu uğura imza atıb. 

O, 130 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Lopes ardıcıl 5-ci dəfə Olimpiya çempionu tituluna yiyələnib. Kubalı pəhləvan bu uğura imza atan ilk güləşçi kimi tarixə düşüb.

Qeyd edək ki, 41 yaşlı idmançı yarımfinalda milli komandamızın üzvü Sabah Şəriətiyə qalib gəlib. Pəhləvanımız Paris olimpiadasını 5-ci pillədə başa vurub.

Namiq HUN

tag: Mixain Lopes , Paris, Olimpiya Çempionu,Yunan-Roma,Multiidman Oyunları, todaypress.az,