Lopes daha üç həftə futboldan kənar qalacaq
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes yenidən zədələnib.
TodayPress xəbər verir ki, 21 yaşlı futbolçu məşq zamanı bud nahiyəsindən zədə alıb.
Lopes daha üç həftə futboldan kənarda qalacaq.
Qeyd edək ki, ispaniyalı futbolçu daha əvvəl zədə səbəbindən La Liqada “Jirona” və “Vilyarreal”la oyunları buraxmışdı.
Fermin Lopes Paris Olimpiadasının çempionu olan İspaniya millisinin heyətində 6 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona ,Fermin Lopes, Jirona ,Vilyarreal ,Paris, İspaniya ,todaypress.az,