London marafonu rekord qırdı
London marafonunda finişə çatanların sayına görə rekord yeniləyib.
TodayPress “The Guardian”a istinadən xəbər verir ki, İngiltərənin paytaxtında baş tutan yarışı ümumilikdə 60 minə yaxın insan başa vurub.
Göstərici ötən il Nyu-York şəhərində təşkil olunan marafonda qeydə alınan 55 min 646 nəfərlik dünya rekordunu üstələyib.
Qeyd edək ki, Londonda kişi atletlərin yarışında keniyalı Sebastian Save (2 saat 2 dəqiqə 27 saniyə), qadınlar arasında isə efiopiyalı Tiqist Assefa (2 saat 15 dəqiqə 50 saniyə) qalib gəlib.
Namiq HUN
tag: London,Marafon,Rekord,İştirak,Todaypress.az,