Lombardiyalıların Turin sərgüzəşti

İdman

10.03.2025 09:47

1617

İtaliya A Seriyasında XXVIII turun oyunları keçirilib. 

TodayPress xəbər verir ki, turun mərkəzi matçında gözlənilməz nəticə qeydə alınıb.   

Turində “Yuventus” “Atalanta”ya 0:4 hesabı ilə məğlub olub.

Birinci hissəni Mateo Peteqinin penaltidən vurduğu yeganə qolla qazanan Berqamo təmsilçisi, fasilədən sonra “qoca sinyora”nı daha üç dəfə mərkəz xətdən oyuna başlamağa məcbur edib. “Atalanta”nın heyətində Marten de Ron, Davide Zappakosta və Ademola Lukman qapını dəqiq nişan alıblar.     

Qeyd edək ki, “Yuve”nin A Seriyasında bu rəqiblə əvvəlki altı görüşünün 5-i heç-heçə başa çatıb.  Turun digər görüşlərində, liderliyə can atan “Napoli” evdə “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.  “Bolonya” eyni hesabla səfərdə “Verona”ya qalib gəlib. “Roma” isə səfərdə “Empoli”dən üstün olub 1:0.   

Namiq HUN

tag: İdman,Juventus ,Atalanta,Matç,Todaypress.az,