"Liverpul"un qapıçısının son durumu açıqlandı
"Liverpul"un
qapıçısı Alisson Beker zədəsini sağaldıb və məşqləri bərpa edib.
TodayPress xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında eyniadlı şəhərin
təmsilçisinin baş məşqçisi Arne Slot deyib.
Niderlandlı
çalışdırıcı cənubi amerikalı qolkiperin komandanın sıralarına qayıtmağa hazır
olduğunu açıqlayıb. 31 yaşlı braziliyalı zədə səbəbindən
"qırmızılar"ın İngiltərə Premyer Liqasında "Bornmut" (3:0)
və "Vest Hem"ə (5:1) qarşı matçlarını kənardan izləyib.
tag: Liverpol, Futbol, Niderland,Alisson, todaypress.az,