"Liverpul" və "Arsenal" turu qələbə ilə bitirdilər

İdman

26.01.2025 00:34

İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunları keçirilib.

Todaypress xəbər verir ki, "Liverpul" doğma meydanda "İpsviç"i qəbul edib. Mersisayd təmsilçisi görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.

"Liverpul"un qollarına Dominik Soboslai, Məhəmməd Salah, Kodi Qakpo (2 qol) imza atıblar. Ev sahibində isə Yakob Qreaves fərqlənib.

Digər matçda isə "Arsenal" "Vulverhempton"a minimal hesabla qalib gəlib - 1:0.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Liverpul" turnir cədvəlinə başçılıq edir. "Arsenal" 47 xalla 2-ci yerdədir.

 

tag: Liverpul, İpsviç, Arsenal, Futbol, todaypress.az,