“Liverpul” transfer bombası partlatmağı planlaşdırır
İdman
29.10.2024 12:22
Kilian Mbappe tezliklə "Real"ı tərk edə bilər.
TodayPress “Defensacentral”a istinadən xəbər verir ki, fransalı forvard Madrid təmsilçisində özünü xoşbəxt hiss etmir.
25 yaşlı hücumçu anlayır ki, “kral klubu”nda ona olan ümidləri doğrultmur.
İngiltərə nəhəngi “Liverpul” vəziyyətdən yararlanmağa hazırdır. “Qırmızılar” artıq transfer bombası hazırlayır. Mersisayd təmsilçisi Mbappe üçün “Real”a 150 milyon avro təklif edə bilər.
Məlumatda bildirilir ki, hər şeyə baxmayaraq, fransalının hələlik fikirləri yalnız “Real”la bağlıdır.
Qeyd edək ki, cari mövsümdə Kilian Mbappe “kral klubu”nun forması ilə meydana çıxdığı 10 oyunda 6 qol vurub.
Xatırladaq ki, “Liverpul”un son illərdəki lideri və əsas ulduzu Məhəmməd Salah yayda klubu tərk etməlidir.
Namiq HUN
tag: Liverpul, Mbappe, Kral Klubu, Məhəmməd Salah, todaypress.az,