“Liverpul” transfer bombası partlatmağa hazırlaşır
İdman
21.11.2024 14:57
Fransalı yarımmüdafiəçi Aurelien Tçuameni “Liverpul”la “Real Madrid” arasında danışıqların mövzusu ola bilər.
TodayPress “Defensa Central”a istinadən xəbər verir ki, “qırmızılar” “Blancos” rəhbərliyi ilə 24 yaşlı futbolçunun mümkün transferi barədə danışmaq üçün “Real Madrid”lə “Enfild”də keçiriləcək matçı səbirsizliklə gözləyirlər.
Tçuameninin Liverpul təmsilçisinə transferi istisna edilmir.
Futbolçunun dəyəri 100 milyon avrodur.
Qeyd edək ki, cari mövsüm Aurelien Tçuameni klub səviyyəsində 15 oyun keçirib.
Namiq HUN
tag: Liverpul, Real Madrid, Aurelien Tçuameni, Blancos, todaypress.az,