“Liverpul” Subimendiyə yeni təklif göndərəcək
“Liverpul” klubu yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
TodayPress xəbər verir ki, “qırmızılar” “Real Sosyedad”da çıxış edən Martin Subimendi ilə maraqlanır.
Mövsümün əvvəlində “Liverpul”un təklifini qəbul etməyən ispan yarımmüdafiəçiyə yanvar ayında yeni təklif göndəriləcək.
“Arsenal” da 25 yaşlı futbolçu ilə maraqlanır.
Martin Subimendi “Real Sosyedad” klubunun yetirməsidir.
Namiq HUN
tag: Liverpul, Real, Arsenal, Martin, todaypress.az,