“Liverpul” Salahla müqaviləni uzadır

İdman

30.11.2024 09:30

“Liverpul” klubu Məhəmməd Salahla müqavilənin müddətini uzadacaq. 

TodayPress xəbər verir ki, mersiyaydlılar misirli hücumçu ilə daha 3 il müddətinə müqavilə bağlamağı planlaşdırırlar.

32 yaşlı futbolçunun “qırmızılar”la hazırki müqaviləsi mövsümün sonunda başa çatacaq. 

“Liverpul” təcrübəli forvardla əməkdaşlığı davam etdirmək istəyir. 

Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə meydana çıxdığı 19 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Liverpul, Məhəmməd Salah, Müqavilə,Mövsüm, todaypress.az,