“Liverpul” Salahla anlaşdı
“Liverpul” klubu hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzadıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misirli futbolçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm “Liverpul”un heyətində bütün yarışlarda 45 matçda 32 qol vurub.
Namiq HUN
tag: Liverpul,Salah,Futbol,Müqavilə,Todaypress.az,