“Liverpul” Salaha əvəzləyici tapdı

İdman

19.03.2025 17:08

1903

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.   

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, mersisayd təmsilçisinin rəhbərliyi türkiyəli hücumçunu mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahın əvəzləyicisi kimi görür. 

İngiltərə nəhənginin bu transfer üçün Turin təmsilçisinə 80 milyon avro ödəməyə hazır olduğu bildirilib. 

19 yaşlı forvard Darvin Nunyes və Vircil van Deykdən sonra “Liverpul” klubu tarixinin ən bahalı üçüncü transferi ola bilər. 

Qeyd edək ki, Kənan Yıldız cari mövsüm “Yuventus”un heyətində 41 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Yuventus,Kenan Yıldız,Liverpul,Salah,Todaypress.az,