“Liverpul” Salaha əvəzləyici tapdı

İdman

23.10.2024 15:05

“Liverpul”un lideri Məhəmməd Salah klubu tərk edə bilər. Misirli forvard azad agent kimi Səudiyyə Ərəbistanı klublarından birində karyerasını davam etdirəcək. 

TodayPress BILD portalına istinadən xəbər verir ki, “Liverpul” artıq hücumun sağ cinahında Salahın yerinə oyunçu tapıb. 

Mersisaydlılar Dortmund “Borussiya”sının hücumçusu Ceymi Bynoe-Gittensin keçidini planlaşdırır. 

Mümkün transferlə bağlı iki klub arasında danışıqlar olub. “Borussiya” Ceymi üçün 100 milyon avro istəyib.

Qeyd edək ki, Gittens cari mövsümdə 10 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub və 3 məhsuldar ötürmə verib. 

Namiq HUN

tag: Liverpul, Salah, Borussiya,Ceymi Bynoe-Gittens, todaypress.az,