“Liverpul” MY-ya rəqib oldu

İdman

08.02.2025 10:05

2674

“Barselona” klubunun niderlandlı futbolçusu Frenki de Yonq karyerasını İngiltərədə davam etdirə bilər.   

TodayPress İspaniya mətbuatına istinadla xəbər verir ki, “Liverpul” yarımmüdafiəçini transfer etmək istəyir. 

“Mersisaydlılar” 27 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.  De Yonqla Premyer Liqa təmsilçisi “Mançester Yunayted” də maraqlanır. 

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya transfer olunub. Niderland millisinin üzvü cari mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

 Namiq HUN

tag: Barselona,Frenki de Yonq ,Karyera,Ayaks,Todaypress.az,