"Liverpul" - "Mançester Yunayted" matçı ləğv edilə bilər
İdman
05.01.2025 17:45
İngiltərə Premyer Liqasının 20-ci turunun bu gün keçirilməli olan "Liverpul" - "Mançester Yunayted" matçı təxirə salına bilər.
TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Səbəb kimi Liverpula güclü qarın yağması göstərilib.
Azarkeşlərin stadiona təhlükəsiz şəraitdə gələ bilmələri baxımından matçın keçirilib-keçirilməməsi ilə bağlı qərarın yaxın saatlarda veriləcəyi bildirilir.
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" qarşılaşmasının startı Bakı vaxtilə saat 20:30-a təyin olunub.
tag: Mançester Yunayted,Liverpul,İngiltərə Premyer Liqası,Qar,Matç,Todaypress.az,