“Liverpul” Londonda xal itirdi
İdman
28.10.2024 09:45
Futbol üzrə İngiltərə Premyer Liqasında IX turun mərkəzi görüşü Londonda baş tutub.
TodayPress xəbər verir ki, “Arsenal” öz meydanında “Liverpul”la qarşılaşıb.
“Topçular” “Emireytes” qarşılaşmasında hesabda öndə olsalar da, üstünlüyü qoruya bilməyiblər. Məhəmməd Salah 81-ci dəqiqədə vurduğu qolla “Liverpul”u məğlubiyyətdən qurtarıb 2:2.
Nəticə Premyer Liqada lider dəyişikliyinə səbəb olub. Hazırda “Mançester Siti” 23 xalla 1-ci pilləyə nəzarət edir. “Liverpul” “şəhərlilər"dən 1 xal geri qalır. İlk üçlüyü tamamlayan “Arsenal”ın hesabında 18 xal var.
Namiq HUN
tag: Premyer Liqası,London, Topçular, Məhəmməd Salah, Arsenal, todaypress.az,