“Liverpul” lideri ilə müqaviləni uzadır
İdman
29.11.2024 10:35
“Liverpul” klubu lideri Vircil van Deyklə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
TodayPress xəbər verir ki, “qırmızılar” niderlandlı müdafiəçi ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatmaq istəyirlər.
Vircil van Deykin mersisaydlılarla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
O, 2018-ci ildə 80 milyon avroya İngiltərənin “Sauthempton” klubundan transfer olunub.
Qeyd edək ki, Vircil van Deyk cari mövsüm bütün turnirlərdə 17 matçda iştirak edib. O, bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Liverpul, Vircil Van Deyk, Müqavilə, İngiltərə,Sauthempton, todaypress.az,