"Liverpul" İngiltərə millisinin futbolçusunu transfer etmək istəyir

İdman

01.01.2025 16:45

İngiltərənin "Liverpul" klubu "Nottinqem Forest"də çıxış edən futbolçu Morqan Qibbs-Uaytla maraqlanır.

TodayPress xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan oyunçunun hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 

O, cari mövsüm "Nottinqem Forest"də 15 matça çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

tag: İngiltərə,Liverpul,Nottinqem Forest,Morqan Qibbs-Uayt,todaypress.az,