“Liverpul” ikisini birdən satır

İdman

21.11.2024 12:06

“Liverpul” futbol klubu qapıçıları, Alisson və Kelleheri satmağını planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

Qolkiperlərin yoxluğunu “qırmızılar”a hazırda “Valensiya”da çıxış edən Giorgi Mamrdaşvili unutdurmalı olacaq. 

Yayda Səudiyyə Ərəbistanı çempionatından dəvət alan Alisson daha bir il İngiltərədə qalmağa qərar verib. Hazırda ona bir çox çempionatlardan da maraq var. 

Kelleherin klubu tərk etmək istəyi isə oyun vaxtından olan narazılıqla əsaslandırılır. 

Qeyd edək ki, cari mövsüm həm Kelleher, həm də Alisson klub səviyyəsində 8 oyun keçirib. 

Namiq HUN

tag: Qolkiper, Valensiya, Kelleher, Alisson,Giorgi Mamrdaşvili , todaypress.az,