"Liverpul" gürcü futbolçunun transferini rəsmiləşdirdi
İdman
28.08.2024 10:21
Gürcüstanlı qapıçı Mamardaşvili “Liverpul”a keçmək üçün Səudiyyə Ərəbistanının üç mövsümlük 45 milyon avro təklifindən imtina edib.
TodayPress xəbər verir ki, “Əl-İttihad” klubu, Liverpuldan əvvəl Gürcüstan millisinin qolkiperi Giorgi Mamardaşvili üçün “Valensiya”ya 35 milyon avro təklif edib.
Artıq “Liverpul” Mamardaşvilini transfer etdiyini elan edib. 23 yaşlı qolkiper bu mövsümü "Valensiya"da keçirəcək. O, yalnız gələn yay Premyer Liqa klubuna keçəcək.
Qeyd edək ki, gürcü futbolçuların transferləri üzrə ixtisaslaşmış Geo Team hesabında “Əl-İttihad”ın üç mövsüm üçün Mamardaşviliyə 45 milyon avro təklif etdiyi məlumatını yayıb. Qapıçı isə karyerasını Avropanın top klubunda davam etdirmək istədiyindən bu təklifdən imtina edib.
Mamardaşvilinin transferi mersisaydlılara 35 milyon avroya başa gəlib. Onun maaşının illik 4 milyon avro olacağı bildirilir.
Namiq HUN
tag: Liverpul, Futbol, Avropa, Əl-İttihad, Mamardaşvili, todaypress.az,