“Liverpul” ərəblərdən rekord məbləğdə təklif aldı

İdman

05.03.2025 10:54

1534

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Liverpul”un macar yarımmüdafiəçisi Dominik Soboslai ilə maraqlanır.   

TodayPress “todofichajes” nəşrinə istinadən xəbər verir ki, Pro Liqa təmsilçisi futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır.   

Anlaşma baş tutsa, Soboslai Səudiyyə Ərəbistanı çempionatı tarixinin ən bahalı futbolçusu olacaq.   

Hazırkı rekord Neymarın 90 milyon avroya “Əl-Hilal”a transferidir. 

Qeyd edək ki, 24 yaşlı orta xətt oyunçusu cari mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 36 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalı Dominik Soboslainin dəyərini 75 milyon avro qiymətləndirir.   

Namiq HUN

tag: Əl-Hilal,Liverpul, Klub ,Dominik Soboslai,Todaypress.az,