“Liverpul” derbiyə itki ilə çıxacaq

İdman

25.10.2024 20:30

İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.

TodayPress xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Dioqo Jota sıradan çıxıb. 

Forvard Pemyer Liqanın oktyabrın 27-də keçiriləcək IX turunun “Arsenal”la matçında forma geyinməyəcək.

Portuqaliyalı futbolçu yalnız növbəti həftədən komanda ilə birgə məşqlərə başlayacaq.

Qeyd edək ki, Dioqo Jota cari mövsüm “Liverpul”un heyətində 10 matçda 4 qol və 2 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: İngiltərə, Liverpul, Mersisayd, Dioqo Jota, Forvard, todaypress.az,