Liverpul derbisi antirekordla yadda qaldı

İdman

03.04.2025 16:26

1093

Devid Moyes İngiltərə Premyer Liqasında antirekorda imza atıb.   

TodayPress xəbər verir ki, şotlandiyalı mütəxəssis müxtəlif klubların baş məşqçisi kimi ardıcıl 20-ci səfər oyununda “Liverpul”a uduzub. 

Premyer Liqanın XXX turunda Moyesin rəhbərlik etdiyi “Everton” Liverpul derbisində (0:1) məğlubiyyət acısı yaşayıb.

Nəticədə 61 yaşlı məşqçi Premyer Liqa tarixində eyni rəqibə ardıcıl 20 səfərdə uduzan ilk baş məşqçi olub.   

Namiq HUN

tag: Liverpul,Everton,Baş Məşqçi,Devid Moyes,Todaypress.az,