“Liverpul” Çerkini hədəfə aldı
İdman
26.12.2024 16:46
“Liverpul” klubu qış transfer pəncərəsi üçün planını açıqlayıb.
TodayPress xəbər verir ki, mersisaydlılar çox sayda futbolçu transfer etməyi planlaşdırmır.
Baş məşqçi Arne Slotun komandası Premyer Liqanın lideridir. Buna görə də klub rəhbərliyi “qırmızılar”ın heyətində dəyişikliklərə ehtiyac olmadığını düşünür.
“Liverpul” yalnız “Lion”un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerkini rənglərinə qatmaq istəyir.
Qeyd edək ki, “Liverpul” 39 xalla Premyer Liqanın lideridir. Komanda ikinci yerdəki “Çelsi”ni 4 xal qabaqlayır.
“Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə maksimum nəticə göstərib. Komanda 18 xalla liderdir.
Namiq HUN
tag: Liverpul ,Lion, Premyer,Liqa, todaypress.az,