"Liverpul" azarkeşlərinə ömürlük qadağa qoydu
İdman
01.11.2024 18:10
"Liverpul" futbol klubu 75 azarkeşinə ömürlük stadiona giriş qadağası qoyub.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızılar”ın belə qərar verməsinə səbəb fanatların öz biletlərini yenidən satmasıdır.
Həmin şəxslərin “Liverpul”un “Enfild” stadionuna gəlməsi qadağan edilib. Klub rəhbərliyinin qərarının qəti olduğu bildirilib.
Qeyd edək ki, daha 136 nəfər qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb. Onlar abonement və biletlərdən istifadə qaydalarını pozmaqda günahlandırılırlar.
Namiq HUN
tag: Liverpul, Klub, Enfild, Azarkeş, todaypress.az,