"Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzaladı

İdman

15.10.2024 21:51

İngiltərənin "Liverpul" klubu əvəzedici heyətin üzvü Trey Nyoni ilə müqavilə bağlayıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər mersisaydlıların əsas komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasının üzvü ötən il "Lester"dən "Liverpul"a keçib.

tag: Futbol, İngiltərə, Lester, Liverpul, todaypress.az,