Livanda futbol matçları qeyri-müəyyən müddətə təxirə salındı
Livan Futbol Federasiyası ölkədə bütün futbol matçlarını
qeyri-müəyyən müddətə təxirə salıb.
TodayPress
xəbər verir ki, bu barədə federasiya rəsmi açıqlama yayıb.
İsraillə
iki dövlət arasında yaranmış münaqişə futboldan da yan keçməyib. Federasiyanın
İcraiyyə Komitəsi təhlükəsizlik məqsədilə oyunların keçirilməməsinə qərar
verib.
Qeyd
edək ki, Livan futbol çempionatında 2024/2025 mövsümü sentyabrın 20-də start
götürüb və cəmi 1 tur oynanılıb.
tag: Livan, Futbol, İdman, Federasiya,todaypress.az,