Litvintsevdən Bosfor kubokunda uğurlu start
İdman
30.11.2024 10:56
Türkiyədə fiqurlu konkisürmə üzrə Bosfor kuboku keçirilir.
TodayPress xəbər verir ki, kişilərin fərdi yarışında Azərbaycanı Vladimir Litvintsev təmsil edir.
Qısa proqramı uğurla yerinə yetirən idmançımızın çıxışı 78,21 xalla qiymətləndirilib. Litvintsev bu nəticə ilə 1-ci yeri tutub.
O, ikinci yerdən böyük fərqlə önə keçib. Türkiyəli Burak Demirboğa ondan 4,43 xal geri qalıb.
İştirakçılar bu gün sərbəst proqramdakı çıxışla mükafatçıları müəyyən edəcəklər.
Namiq HUN
tag: Türkiyə, Bosfor Boğazı, Burak Demirboğa, Mükafat, todaypress.az,