Litvintsev Qazaxıstanda gümüş medal qazandı
İdman
05.10.2024 16:45
Qazaxıstanda keçirilən fiqurlu konkisürmə üzrə Denis Ten Memorialında Azərbaycan idmançısı uğurla çıxış edib.
TodayPress xəbər verir ki, Vladimir Litvintsev kişilərin fərdi yarışında adını Astana turnirinin mükafatçıları sırasına yazdırıb.
Litvintsev həm qısa, həm də sərbəst proqram üzrə çıxışda 3-cü yeri tutub. O, 161,97 xal toplayıb.
Bu, Vladimirə iki hərəkətin yekununda 246,00 xal yığmağa imkan verib.
Nəticədə idmançımız Astana turnirinin gümüş medalını qazanıb.
Yarışın qalibi isə 262,33 xalla qazaxıstanlı Mixail Şaydorov olub.
Namiq HUN
tag: Qazaxıstan ,Litvintsev ,Vladimir ,Astana ,Mixail Şaydorov ,todaypress.az,