Litvintsev Azərbaycanı Olimpiadada təmsil edəcək

İdman

31.03.2025 09:10

1617

Fiqurlu konkisürmə üzrə ABŞ-nin Boston şəhərində keçirilən dünya çempionatına yekun vurulub.     

TodayPress xəbər verir ki, mundial Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev üçün əlamətdar olub.   

O, dünya çempionatında 15-ci yeri tutaraq 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına vəsiqə qazanıb. 

Qeyd edək ki, Pekində keçirilən 2022-ci il Olimpiadasında 18-ci yeri tutan Litvintsev ikinci dəfə Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.   

Namiq HUN

tag: Azərbaycan,Fiqurlu Konkisürmə,Çempionat,Heyət,Vladimir Litvintsev,Todaypress.az,