“Lion” “Qalatasaray”ın təklifini qəbul etmədi

İdman

27.12.2024 17:53

“Qalatasaray” futbol klubu hücum xəttini gücləndirməyi planlaşdırır.

TodayPress xəbər verir ki, Istanbul təmsilçisi Jorj Mikautadze üçün “Lion” klubuna 16 milyon avroluq təklif göndərib.

Lakin Fransa təmsilçisi Mikautadze üçün 23 milyon avro tələb etdiyinə görə, bu təklifi qəbul etməyib.

“Sarı-qırmızılılar” daha sonra futbolçu üçün 18.5 milyon avro və satışdan pay veriləcəyi bir təklif göndərib.

Qeyd edək ki, Mikautadze bu mövsüm “Lion”un heyətində meydana çıxdığı 21 rəsmi matçda 7 qol vurub və 1 məhasuldar ötürmə edib. 

Namiq HUN

tag: Lion, Milyon , Avro, Meydan, Heyət ,todaypress.az,