"Lion" maliyyə məngənəsinə düşdü

İdman

23.08.2024 09:51

"Lion" klubu futbolçularının əksəriyyətini transferə çıxarıb.

TodayPress xəbər verir ki, Fransa təmsilçisinin belə qərar verməsinə səbəb maliyyə feyr-pley qaydaları tələblərinin yerinə yetirilməsidir. 

"Lion" transfer pəncərəsi bağlananadək 100 milyon avroluq satış həyata keçirməlidir. Maliyyə monitorinqinə cavabdeh olan təşkilat Lion təmsilçisinin transferlərdən tələb olunan məbləği qazanacağına qərar verib.

Hazırda komanda 24 milyonluq transferə imza atıb.

Maliyyə feyr pley qaydasının pozulacağı təqdirdə “Lion” cərimə, balların çıxarılması, yeni gələnlərin qeydiyyata alınmasına qadağa və ya beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər. 

Qeyd edək ki, "Lion" ötən mövsüm Liqa 1-də 6-cı yeri tutub. Komanda yeddi dəfə Fransa çempionu olub, beş dəfə isə ölkə Kubokunu qazanıb.

Namiq HUN

tag: Lion, Liqa, Fransa, Maliyyə,Cərimə, todaypress.az,