“Lion” istedadlı futbolçusunu satışa çıxartdı
İdman
21.11.2024 11:19
“Lion”nun hücumameyilli yarımmüdafiəçisi Rayan Şerki ilə “Liverpul” və “Bayer 04” klubları maraqlanır.
TodayPress “Footmercato”ya istinadən xəbər verir ki, Fransa təmsilçisi artıq futbolçu üçün start qiyməti müəyyən edib.
Gənc futbolçunun transferi üzrə danışıqlar 30 milyon avrodan başlayacaq. “Lion”un transfer qadağasını nəzərə alsaq, klub üçün gənc lideri ilə ayrılmaq çətin olacaq, lakin maliyyə vəziyyəti bunu tələb edir.
Rayan Şerki cari mövsüm klub səviyyəsində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Lion, Fransa, Qadağa, Rayan Şerki, Klub, todaypress.az,